ABŞ Prezidenti Donald Tramp seçkilərlə bağlı diqqətçəkən vəd verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərində həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gələcəyi təqdirdə, ölkədəki hər yetkin vətəndaşa 5 min dollar ödəniləcəyini açıqlayıb.

Tramp bu ödənişi “Tramp dividendi” adlandırıb. O bildirib ki, veriləcək vəsaitin yeganə şərti həmin pulun ABŞ ərazisində xərclənməsidir.

ABŞ prezidenti vəsaitin hansı mənbədən ödəniləcəyi və proqramın necə həyata keçiriləcəyi ilə bağlı əlavə məlumat verməyib. ABŞ mediası isə belə bir ödəniş proqramının 1 trilyon dollardan çox vəsait tələb edə biləcəyini yazıb.