ABŞ Prezidenti Donald Tramp seçicilərə müraciəti zamanı diqqətçəkən ifadələr işlədib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Respublikaçıların noyabr ayında keçiriləcək aralıq seçkilərdə dəstəklənməsinin vacibliyini vurğulayıb.

O, tərəfdarlarından seçkilərdə səs vermələrini istəyərək, iştirak etməyənləri zarafatla sərt ifadələrlə hədələyib.

“Bilirsiniz, səs verməsəniz nə baş verəcək? Cəhənnəmə gedəcəksiniz”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti tərəfdarlarından seçkilərdə Respublikaçılara səs vermələrini istəyib və özünün namizəd olmadığı seçkidə belə onun adının sanki bülletendə olduğunu düşünmələrini söyləyib.

Tramp çıxışında Respublikaçılar Partiyasının Konqresdə üstünlüyünü qorumasının vacibliyini qeyd edib. O, tərəfdarlarını noyabr seçkilərində fəal iştirak etməyə çağırıb.

Trampın bu ifadələri sosial mediada və ABŞ mediasında geniş müzakirələrə səbəb olub.