“Qalatasaray”ın baş məşqçisi Okan Burukun portuqaliyalı ulduz Rafael Leao ilə bağlı qərarı məlum olub. Gənc və perspektivli yarımmüdafiəçi sabah "Konyaspor"la matçda əsas heyətdə meydana çıxacaq.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum xəttində yenə Barış Alper Yılmaz oynayacaq. Rusiyalı ulduz Aleksey Batrakov isə mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək.
Qeyd edək ki, ötən il İtaliya nəhəngi "Milan"ın şərəfini qoruyan Rafael Leao iki həftə əvvəl "Qalatasaray" klubuna transfer olub. Türkiyəli idman mütəxəssisləri Leaoya əsas heyətdə yer verməsi üçün baş məşqçi Okan Buruka davamlı çağırışlar edirdilər. Mütəxəssislər portuqaliyalı ulduzun Viktor Osimenin yoxluğunda sarı-qırmızılı komandanın əsas silahı olacağını düşünürlər.