Xəbər verdiyimiz kimi, göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” Yava dənizində batıb.

Metbuat.az xəbər verir ki, bu barədə Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 6 nəfər ölüb, 113 nəfər təxliyə edilib, 130 nəfər itkin düşüb.

Göyərtəsində 30 heyət üzvü də daxil olmaqla 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi şənbə günü Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə yola düşüb. Gəmi ilə bu gün səhər saatlarında əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılmışdı.