Azərbaycanda payız fəsli başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı vaxtı ilə sentyabrın 23-də saat 04:05:08-də Günəş ekvatoru keçərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə daxil olub. Bununla da Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bu vaxt gecə ilə gündüzün uzunluğu bərabərləşir. Günəş şərqdə doğur, qərbdə batır.

Payız fəsli 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək.