Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.