Əməkdar artist, tanınmış aktyor Cabir İmanovun vəfatından bir il ötür.

Metbuat.az xəbər verir ki, sənətçi ötən il sentyabrın 29-da Bakıda idman zalında infarkt keçirərək 49 yaşında dünyasını dəyişib.

Cabir İmanov “Parni iz Baku” KVN komandasının üzvü olub, 2015-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəli olan Cabir İmanovun 4 övladı var.