Türkiyənin “Qalatasaray” klubunda qış transfer pəncərəsi öncəsi ayrılıq iddiası gündəmə gəlib. Ulduz futbolçu İlkay Gündoğanın yanvar ayında komandanı tərk edəcəyi gözlənilir.

Metbuat.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, baş məşqçi Okan Burukun son heyət seçimləri 35 yaşlı futbolçunun komandadakı gələcəyi ilə bağlı suallar yaradıb.

Belə ki, “Qalatasaray”ın “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub etdiyi görüşdə İlkay Gündoğanın start heyətində yer alacağı gözlənilsə də, təcrübəli yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında əyləşib. Burukun daha sonra onun əvəzinə gənc futbolçu Renato Nhaga da daxil olmaqla fərqli seçimlərə üstünlük verməsi ayrılıq ehtimallarını gücləndirib.

Qarşılaşmadan sonra jurnalistlərin “Barselona” ilə oyun üçün hazır olub-olmadığı barədə sualını cavablandıran İlkay Gündoğan narazılığını ifadə edib: "Oynamıram ki, niyə hazır olum?”

Məlumata görə, İlkay Gündoğan cari mövsümdə bütün turnirlərdə iki oyunda meydana sonradan daxil olub və ümumilikdə cəmi 11 dəqiqə oynayıb. Təcrübəli futbolçunun “Qalatasaray”dan illik 4,5 milyon avro zəmanətli maaş aldığı bildirilir.

Almaniyalı yarımmüdafiəçinin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.