Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvatorial Qvineya və İspaniyanı Milli Günləri münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsində məlumat paylaşılıb:
"Ekvatorial Qvineya Respublikasının Milli Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!".
Digər paylaşımda da: "İspaniya Krallığının Milli Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!", - deyə vurğulanıb.