Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatında bildirib.

Onun sözlərinə görə, layihələr İslam maliyyəsinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutur.

İslam maliyyəsi faiz əsaslı kreditləşmədən fərqli olaraq, mənfəət və zərərin bölüşdürülməsi, aktivlərə əsaslanan əməliyyatlar kimi prinsiplərə söykənir. Bu mexanizmlərin tətbiqi Azərbaycanda alternativ maliyyələşdirmə imkanlarını genişləndirə bilər.

Layihələrin qəbul olunma vaxtı və yeni maliyyə məhsullarının nə zaman istifadəyə veriləcəyi hələ açıqlanmayıb.