Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” yekunlaşıb.
Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası”nın qərarına əsasən, pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i Agentlik tərəfindən istehsalına dəstək göstərilməsi üçün seçilib.
Qalib layihələr bunlardır:
“İki Xaqan” (Tammetrajlı bədii) - Karvan Production
“Yeddi Məhbusə” (Tammetrajlı bədii) - Buta Film
“Begemot “(Tammetrajlı bədii) - Old Stone Film
“Velosiped sürmək üçün uğurlu gün” (Qısametrajlı bədii) - Buta Film
“Sükutun ardınca” (Bədii-sənədli) – OD-Media Production
“Türkün həyat ağacı” (Bədii-sənədli) – Nova Gorica Kino Mərkəzi
“Murov” (Sənədli) - OD-Media Production
“Parisin fatehi – Zelim Kotsoyev” (Sənədli) – Cultura Sevice
“Ömür abidəsi” (Sənədli) – Cinema-ART
“Öz evimdə” (Sənədli) – Propoganda
“Qəhrəman” (Animasiya) – Marshal
“Çənlibel” (Animasiya) – Crombone
“İsi, Piti və Novruz bayramı” (Animasiya) – Animafilm
“Tumurcuqlar” (Animasiya) - PR Agency
“Səma qızı” (Animasiya) – Peri film
“Dovşan ilə Canavar” (Animasiya) – Lilitopia
“Xalça” (Animasiya) – Lilitopia
“Şüşədəki xatirələr” (Animasiya) – İnvico
Ümumilikdə, 18 qalib layihəyə limit xərclər cədvəllərinə əsasən 2.763.861 AZN maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
Təqdim olunmuş limit xərclər cədvəlləri çərçivəsində yekun smetalar təsdiq edildikdən sonra tərəflər arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq müqavilələr bağlanacaqdır.
Bununla yanaşı, Ekspert Şurasının qərarına əsasən, aşağıdakı 5 layihə Bədii Keyfiyyətə Nəzarət Komissiyasının iştirakı ilə təkmilləşdirilməklə növbəti ilin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsində birbaşa iştirak hüququ qazanıb:
“Meşə növbətçisi” (Tammetrajlı bədii) - CNF
“Bir, iki, üç” (Tammetrajlı bədii) - Nova Gorica Kino Mərkəzi
“İkimiz” (Qısametrajlı bədii) - Karvan Production
“Rüzgarın melodiyası” (Qısametrajlı bədii) - Navis
“Yuyunma – Bu bir film deyil” (Sənədli) – Navis.