Xəbər veridyimiz kimi, Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

Sürücü İmişli rayon sakini 60 yaşlı Mahmud Əliyev Isuzu markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşısında yol kənarında dayanmaq istəyən sürücü Laçın rayon sakini 38 yaşlı Uğurlu Pənahəliyevin idarə etdiyi Mercedes markalı yük maşınına çırpılıb. Nəticədə İsizu markalı yük maşınında olan sərnişin İmişli rayon sakini 46 yaşlı Cabbarov Taleh Tahir oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerindən görüntüləri təqdim edirik: