“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Barselona” ilə oyundakı məğlubiyyətdən sonra heyətdə dəyişikliklər etməyə hazırlaşır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyə Super Liqasının növbəti turunda “Gənclərbirliyi” ilə qarşılaşmada üç futbolçunu ehtiyat oyunçular skamyasında saxlayacaq.

Məlumata görə, Yunus Akgün və Rafael Leaonun əsas heyətdən kənarda qalması gözlənilir. Qırmızı vərəqə cəzalısı Lukas Torreyra da bu matçda meydana çıxa bilməyəcək. Onun yerinə Mario Lemina oynayacaq.

Okan Burukun hücum xəttində Leroy Saneyə şans verməyi, Barış Alperi isə yenidən sol cinahda oynatmağı planlaşdırdığı bildirilir. Sağ cinah müdafiəçisi mövqeyində Roland Sallainin çıxış etməsi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” oktyabrın 17-də səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq. İstanbul təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqdan sonra çempionatda qələbə qazanmağa çalışacaq.