İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan “VAZ-2106” minik maşını ilə “DAF” markalı tır toqquşub. Nəticədə 64 yaşlı minik avtomobilinin sürücüsü Yasər Sadıqov ölüb, sərnişinləri isə xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.