Türkiyə millisinin baş məşqçi postu üçün yeni namizədlərin adları irəli sürülüb.
Metbuat.az xəbər verir ki, Vinzenso Montella ilə yollarını ayıran Türkiyə Futbol Federasiyası komandanın sükanı arxasına keçəcək mütəxəssis axtarışlarını davam etdirir. “Sabah” qəzetinin məlumatına görə, federasiya “Şaxtyor Donetsk”də çalışan Arda Turana təklif göndərsə də, mütəxəssis hələlik Ukrayna klubundan ayrılmaq istəmədiyini bildirib. Bundan sonra alternativ namizədlər arasında Abdullah Avcının adı ön plana çıxıb.
Federasiyanın ehtiyat planına əsasən, Samet Aybaba da Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirilə bilər.