Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər tikiləcək.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur yekunlaşıb.

Belə ki, layihə çərçivəsində rayonda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alınacaq.

Bağlanmış müqavilənin və ümumi layihənin dəyəri 3 milyon 428 min 932 manatdır.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (xüsusilə I qrup əlilliyi olan şəxslərə və qazilərə) dövlət tərəfindən pulsuz mənzil və ya fərdi ev verilir.