Türkiyə milli futbol komandasının baş məşqçisi vəzifəsinə Sergen Yalçın təyin olunub.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis Sergen Yalçın bu postda vəzifəsindən ayrılan italiyalı Vinçenzo Montellanı əvəz edib.

Qeyd edək ki, Yalçın məşqçilik karyerası ərzində “Beşiktaş”, “Qaziantepspor”, “Sivasspor” və “Alanyaspor” klublarına rəhbərlik edib. O, “Beşiktaş”la Türkiyə Superliqasının və Türkiyə Kubokunun qalibi olub.