Türkiyə millisinin baş məşqçisi təyin olunan Sərgən Yalçının Dünya Çempionatı zamanı səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Yalçın daha əvvəl dünya çempionatında Paraqvaya məğlubiyyətdən sonra qatıldığı proqramda hazırkı baş məşqçi Vinçentso Montellanın heyət seçimini və oyun üslubunu tənqid etmişdi.
O, Türkiyə millisinin potensialını yüksək qiymətləndirərək bu komandanın daha yaxşı nəticələr əldə edə biləcəyini bildirib: “Montellanın yerində mən olsaydım, Fatih hoca olsaydı, bu komandanı uçurardıq”.
Yalçın millinin futbolçu potensialının yüksək olduğunu və düzgün müdaxilələrlə daha keyfiyyətli oyun nümayiş etdirə biləcəyini vurğulamışdı.