ABŞ Prezidenti Donald Trampın administrasiyası hakimiyyətə gəldiyi gündən bəri 300 mindən çox vizanı ləğv edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar sosial şəbəkə hesabında məlumat verib.

O, Ağ Evin paylaşımını şərh edərək 300 mindən çox vizanın ləğv edildiyini və bu sayın artmaqda davam etdiyini qeyd edib.

Namdar viza sahiblərinin ABŞ qanunlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

O qeyd edib ki, əks halda həmin şəxslər ABŞ-yə səfər etmək imtiyazını itirə bilər.