ABŞ və Cənubi Koreya arasında 73 ildir davam edən hərbi müttəfiqlik son dövrlərdə ciddi fikir ayrılıqları ilə üzləşib.
Metbuat.az xəbər verir ki, iki ölkə arasında kəşfiyyat məlumatlarının paylaşılmasının məhdudlaşdırılması və diplomatik anlaşılmazlıqlar münasibətlərdə gərginliyi artırıb. Seul parlamentində aparılan araşdırma zamanı Vaşinqtonun bəzi məxfi məlumatları Cənubi Koreya ilə paylaşmağı dayandırdığı üzə çıxıb. Gərginliyin əsas səbəbi Cənubi Koreyanın birləşmə naziri Çunq Don Yonqun Şimali Koreyanın Kuson şəhərində uranın zənginləşdirilməsi müəssisəsinin mövcudluğu barədə ictimaiyyətə açıqlama verməsi olub. Vaşinqton bu məlumatın məxfi kəşfiyyat məlumatlarını üzə çıxardığını iddia edərək Seulla peyk görüntülərinin paylaşılmasını dayandırıb.
Məlumata görə, Vaşinqtonun Asiya strategiyasında dəyişiklik etməsi və Cənubi Koreyada yerləşdirilən təxminən 28 min 500 ABŞ hərbçisinin Tayvan ətrafındakı mümkün münaqişələrdə də istifadə olunması istəyi narahatlıq doğurur.