Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın Belçika və Fransa ilə keçiriləcək oyunlar üçün namizəd heyəti açıqlayıb.

Metbuat.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqası çərçivəsində noyabrın 12-də Belçika, 15-də isə Fransa ilə qarşılaşacaq Türkiyə millisinin heyətində bir sıra dəyişikliklər diqqət çəkib. Yalçının açıqladığı siyahıda Berke Özerin yenidən milliyə dəvət olunması diqqət çəkən məqamlardan biri olub. Baş məşqçi Kenan Yıldızın zədəsinə baxmayaraq milliyə gəlmək istədiyini, lakin klubunun müalicəsini davam etdirməsini üstün tutduğunu bildirib. Heyətdə Arda Güler, Hakan Çalhanoğlu, Can Uzun, Orkun Kökçü və Barış Alper Yılmaz kimi futbolçular da yer alıb. Kerem Aktürkoğlu, İrfan Can Kahveci və Altay Bayındır isə bu dəfə namizəd heyətə daxil edilməyib.

Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdelen, Uğurcan Çakır.

Müdafiəçilər: Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mustafa Eskihellaç, Ozan Kabak, Zeki Çelik.

Yarımmüdafiəçilər: Arda Güler, Can Uzun, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan.

Hücumçular: Aral Şimşir, Barış Alper Yılmaz, Deniz Gül, Enes Ünal, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün.