Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun son iki oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk qarşılaşmada “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Turun son matçında isə “Sabah” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.

Misli Premyer Liqası, XI tur

8 noyabr

15:00. “İmişli” - “Sumqayıt”

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR).

Yevlax şəhər stadionu.

17:30. “Sabah” - “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR).

“Sabah Arena”.