Türkiyənin Antalya şəhərində COP31-in açılış mərasimi keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" sosial media hesabında paylaşım edib.

COP31-ə Türkiyə sədrlik edir, Avstraliya isə rəsmi iqlim danışıqlarını idarə edən "Danışıqlar Prezidenti" (President of Negotiations) rolunu üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycan COP31-də böyük nümayəndə heyəti ilə təmsil olunur, eyni zamanda, ölkənin COP29-dakı təcrübəsi bu beynəlxalq tədbirdə geniş tətbiq edilir.