2026-cı ilin sonuna qədər Azərbaycanda cəmi bir qeyri-iş günü olacaq.

Metbuat.az-ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin gün qeyri-iş günü hesab edilir.

Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü və 107 istirahət günü var. 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması isə 1922 saat təşkil edir.