Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinatlar olub

16:52 25 Dekabr 2014
272 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:48 ]

Bakı. Hafiz Heydərov – APA. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 

Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. Yoxlamaların nəticəsi olaraq işdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.
 

Yoxlamaların Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR