Prezident İlham ƏIiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Qeyd edək ki, "Xalq artisti" fəxri adı verilən Anaxanım Tağıyeva Azərin adı ilə tanınan müğənnidir.