Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə aşağıdakı fəxri adlar verilib:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Qeyd edək ki, Anaxanım Tağıyeva Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, daha çox Azərin kimi tanınan müğənidir.