Yaradıcılıqla yanaşı siyasi düşüncələri ilə də fərqlənən Flora xanım zaman-zaman çıxışlarına görə təzyiqlərə məruz qalıb. Həddən artıq ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəyinin olmaması xalq artistinin öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağada olması ilə nəticələnib. Amma, hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur.
İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən "Qarabağ Şikəstəsi"ni oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirir. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırır. Sonradan, Moskvadan gələn Mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansıki, Flora Kərimovanın ifasını tanıyırdı və bəyənirdi) xahişi ilə xanım Kərimova səhnəyə qaytarılır.
Flora Kərimova "Qarabağ" mahnısı - 2011-ci il
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

Flora Kərimova 55 il əvvəl
Flora Kərimova 19 yaşında - 1960-cı il
1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün "Qaynana" filmində Dilbərin ariyası, "Sular qız" romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının Ustad sənətkarıdır.
Flora Kərimova və Akif İslamzadə - "Vaxtında gələr"; 1970-ci il
Azərbaycan Klassik Art-Estrada janrının banisidir (Ona qədərki sənətkarlar - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edirdilər).
Flora Kərimova və Hüseynağa Hadıyev - "Mehriban İnsanlar" 1972-ci il
Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub.
Flora Kərimova "Nə Gəlməz Oldun (İlk səs yazısı) 1975-ci il
Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera) "Leyli və Məcnun", Üzeyir Hacıbəyov) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).
Flora Kərimova və Cavan Zeynallı - Susdu Dodaqlar (Jazz) 1979-cu il
Flora Kərimova "Belə Qəmli Dayanma" 1979-cu il