Karateçilərimiz Parisdə (FOTO)

Karateçilərimiz Parisdə (FOTO)
02:46 25 Yanvar 2015
472 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-də Parisin Pyer de Kubertən arenasında Dünya Karate Federasiyasının premyer liqa yarışlarından olan “Paris open“ turnirinə start verilib.

ANS PRESS-in məlumatına görə, ötən gün kumite üzrə yarışlar başlayıb.

Karatenin kana və kumine növü üzrə keçirilən yarışlara 46 ölkədən 930 idmançı qatılıb. Azərbaycan turnirdə 29 idmançı ilə təmsil olunur.

Yarışların ilk günü bəzi azərbaycanlı karate ustaları üçün uğursuz başlayıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Firdovsi Fərzəliyev, Nicat Abbasov, Rüstəm Mədətov, Vüsal Kamallı və Süleyman Hətəmov keçirdikləri görüşlərdə rəqiblərinə uduzublar.

Dəfələrlə Avropa və dünya çempionu Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində hollandiyalı, danimarkalı, amerikalı və italiyalı rəqiblərinə qalib gəlsə də, ukraynalı Stanislav Horuna ilə görüşü heç-heçə başa vurub. İdmançımız xəbərdarlıq aldığından qələbə ukraynalıya verilib. Rafael Ağayev üçüncü yer uğrunda yarışları davam etdirəcək. Onun komanda yoldaşı Ayxan Mamayev 84 kiloqram çəkidə Fransa və İspaniyadan olan rəqiblərinə böyük üstünlüklə qalib gəlib. Lakin əlcəzairli karate ustasına 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

İdmançılarımızdan İlahə Qasımova və Orxan Heydərli yarışlara ikinci mərhələdən qoşulublar.

Yanvarın 25-də keçiriləcək yarışlarda turnirin finalçıları müəyyən olunacaq.

-60 kq çəki dərəcəsi
Firdovsi Fərzəliyev (mübarizəni dayandırıb)
1. Aleksandr Heyman(Almaniya) - 1:0
2. Xose Ximenes Antonio (İspaniya) - 3:0
3. Cefri Berens (Hollandiya) - 0:0
4. Təsəlliverici görüşlər - Əbdulkərim Bomeriya (Əlcəzair) - 0:7

Nİcat Abbasov (mübarizəni dayandırıb)
1. Mesfer Alajmi (Əlcəzair) - 2:2

Rüstəm Mədətov (mübarizəni dayandırıb)
1. Matias Qarsia Qomes - 4:5

Jeyhun Mustafayev (mübarizəni dayandırıb)
1. Anjelo Creçeso (İtaliya) - 0:9

Süleyman Hətəmov (mübarizəni dayandırıb)
1. Dean Bannister (İngiltərə) - 5:2
2. Kevin Tavares (Fransa) - 3:1
3. Antonio Vastola (İtaliya) - 4:1
4. Metyu Ross (Böyük Britaniya) - 0:2

-75 kq çəki dərəcəsi
Rafael Ağayev (mübarizəni dayandırıb)
1. Lorenzo Manhoef (Hollandiya) - 3:0
2. Jonas Pallesen (Danimarka) 3:0
3. Skot Albarella (Amerika) - 2:0
4. Luici Busa (İtaliya) - 2:0
5. Stanislav Horuna (Ukrayna) - hakimlərin haqsızlığı ilə məğlub oldu

Şahin Quluzadə (mübarizəni dayandırıb)
1. Logan Da Kosta (Fransa) - 2:0
2. Rene Small (Hollandiya) - 0:1
3. Təsəlliverici görüşlər. - Cüzeppe Tesoro (İtaliya) - 0:2

Vusal Kamallı (mübarizəni dayandırıb)
1. Abdellah Rouiha (Fransa) - 9:0 (rəqib tatamiyə çıxmayıb)
2. Rik Sçaap (Hollandiya) - 0:3


-84 kq
Ayxan Mamayev (mübarizəni dayandırıb)
1. 2-ci mərhələdən qatılıb. Maykl Serfati (Fransa) - 6:1
2. Adrian Qarsia-Lopez (İspaniya) - 7:0
3.Moud Açaçe (Əlcəzair) - 2:3
-
Tural Kamallı (mübarizəni dayandırıb)
1. 2-ci mərhələdən qatılır. Xesus Sançes (Meksika) - 0:0

Pənah Abdullayev (mübarizəni dayandırıb)
1. 2-ci mərhələdən qatılır. Jordan Durieu (Fransa) - 8:0 (rəqib zədələnib görüşü yarımçıq tərk etdi)
2. Valeri Çootar (Ukrayna) - 5:4
3. Rutaro Ayaqa (Yaponiya) - 2:5


+84 kq çəki dərəcəsi
Şahin Atamov
1. Spiridon Marqaritopulos (Yunanıstan) - 7:2
2. Bilal Boutikar (Frana) - 6:3
3. Daiçi Kondo (Yaponiy) - 2:1
4. Brayan Vanvavaesberge (Belçika) - 2:1
5. Mansur Ossama (Misir) - 1:2
6. Təsəlliverici görüşlər - Lardu Tayron-Darnel (Hollandiya) - 4:2

Orxan Heydərli
1. 2-ci mərhələdən qatılır. Lardi Tayro-Darnell (Hollandiya) 3:4

Rəsul Əlizadə
1. Jeslun Maro-François (Fransa) - 1:0
2. Moreno Şeppard (Hollandiya)- 2:3

Əli Cəfərov
1. Teymur Əbdelkərim (Fransa) - 1:4


- 50 kq Nuranə Əliyeva (mübarizəni dayandırıb)
1. Nadia Otten (Belçika) - 1:4


-55 kq çəki dərəcəsi
İlahə Qasımova
1. 2-ci mərhələdən qatılır. Silvia Vangelova (Bolqarıstan) - 2:3













Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=10&nid=321716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR