Teleaparıcı Zaur Kamal və xalq artisti Ağadadaş Ağayev soyuq münasibətlərinə son qoyub. Hər iki tərəf anlaşılmazlıq səbəbindən bir-birindən yan gəzirmiş.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti Zaur Kamalın 5/5 verlişində qonaq olarkən teleaparıcı deyib:

"Bizim Ağa ilə aramızda balaca inciklik olmuşdu. Ağadadaş Ağayev elə bilirdi ki, münasibətimiz yoxdursa, artıq onun mahnılarını radioda efirə verməyəcəm. Mən kiməm ki? Sənət xalqa məxsusdur. Yaxşı sənət hardan olur-olsun yol tapıb eşidiləcək. Ağada ki sənətkardır. Mən hara, o hara? Mən dünənin uşağıyam. Bir dəfə Ağa məni görüb dedi ki, "Zaur sən kişi adamsan". Səbəbini soruşanda "Aramızda inciklik var, amma mənim mahnılarımı efirə verirsən". Bu gün də efirə çağırdım, incikliyi tamamilə aradan qaldırdıq".

Milli.Az