Gələn il PSA müqavilələri üzrə büdcəyə yarım milyon manat köçürüləcəyi proqnozlaşdırılır
Paylaş
·54 baxış·1 dəq oxu
Bakı. 26 sentyabr. REPORT.AZ/ 2016-cı ildə hasilatın pay bölgüsü (PSA) müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500,0 mln. manat proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu barədə 2016-cı il dövlət büdcəsi layihəsində qeyd olunub. Bu məbləğ isə 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 112,0 mln. manat və ya 18,3 % azdır.