Bir neçə günlük Almaniyadan Bakıya qayıdan aparıcı hacı Nuran Hüseynov müğənni Röya Ayxanla bağlı maraqlı açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "5/5" verilişinin qonağı olan aparıcı bunları deyib:
"Həkim səhər açılanda otağıma gəlib demişdi ki, "Bu gün heç kimi qəbul edə bilməyəcəksən. Elə bir gündür ki, ziyarətçi qəbulu mümkünsüzdür". Birdən telefonuma tanımadığım nömrədən zəng gəldi. Güclə icazə alıb, danışdım. Röya dedi ki, aşağıda durmuşam. Deyirəm, "Röya olmaz. İki saat gəz, get". Cavab verdi ki, "Olmaz. Səni görməyə gəlmişəm, axşam da toyda olmalıyam". Həkimlərə dedim ki, o qız Azərbaycanın Uitni Hyustonudur. Ondan sonra Röyanın yanıma gəlməsinə razılaşdılar. Bütün paltarlarını dəyişdirdilər. Röya da mahnı oxudu, oynadı. Həkimlər dedilər ki, "Bu həqiqətən də Uitni Hyustondur". Röya konsertinin səhəri günü yanıma gəlmişdi".
Milli.Az