Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunacaq.
Opera və Balet Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Gülçöhrə rolunda ilk dəfə Xalq Artisti Fidan Hacıyeva çıxış edəcək.
Gənc dirijor Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərində əsas rolları Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov və başqaları çıxış edəcəklər.
On yeddi il bundan əvvəl Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.