Xalq artisti Gülyanaq Məmmədova Zeynəb Xanlarovanın repertuarına müraciət edib.
Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında xalq artistinə olan heyranlığını dilə gətirib:
"Hansı ölkədə olmuşam, onun repertuarından oxumuşam, bəyənilib. Bu yaxınlarda isə "Bağışladım" mahnısını oxudum. Zeynəb xanım mahnıları o qədər gözəl oxuyub ki... O, bir məktəbdi. Nəğmələrini oxuyub, bizə məktəb qoyub. Hamımız onun mahnılarını oxuyuruq, amma halallıq almırıq. Uşaq olanda mənə "balaca Zeynəb" deyirdilər. Uşaq idim, Zeynəb Xanlarova Şəkidə konsert vermişdi. Yanına getmişdik, üzümdən öpdü. 1 həftə üzümü yumadım, bütün Şəkiyə car çəkdim ki, Zeynəb xanım məni öpüb".