Əməkdar artist Azərin formada qalmağının sirrini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni pəhrizindən danışıb:

"Qurmanam, yeməyi çox yeyirəm. Amma qayda-qanuna riayət edirəm. Sağlam qidalanıram. Çoxlu su içirəm. Qida rasionumda çörək yoxdur. İstəyəndə lavaşdan istifadə edirəm. Süfrədən doymadan dururam. Məşhur rusiyalı həkim Neumıvakinin məsləhətini dinləyirəm. Düyünün yanında ət yemək olmaz. Əti ancaq soyutmalanmış formada istifadə edirəm. Yemək arası su olmaz. Yeməkdən 15 dəqiqə əvvəl su içirəm. Ət yeyirəmsə, 2 saat keçdikdən sonra su qəbul edirəm. Axşam 7-dən sonra heç nə yemirəm".