Bakı, 27 noyabr, S.Allahverdiyeva, AZƏRTAC
Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparırlar.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Sərbəst güləşçilərin yarışında 22 güləşçimiz mübarizə aparır.
Azərbaycanın idman şərəfini Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı - 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov, Həmid Əhmədli (hər ikisi 125 kq) təmsil edəcək.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

“Qızıl Qran Pri” turnirinin ilk günündə sərbəst güləşçilər yarışırlar