Hacı Nuranın ürək parçalayn FOTOsu

Hacı Nuranın ürək parçalayn FOTOsu
17:52 8 Dekabr 2015
252 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı teleaparıcı öz acısını unudaraq "Günəşli"də həyatlarını itirənlərə rəhmət diləyib. 

Milli.Az xəbər verir ki, uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən və hal-hazırda Almaniyada müalicə olunan hacı Nuranın son durumu hər kəsi kövrəldib. 

Aparıcı dualara və dəstəyə görə hər kəsə təşəkkür edib və daha iki prosedurdan keçəcəyini söyləyib.

"Səbir adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam.

Lakin aşağıda vətən, yuxarıda həyat eşqi ilə bu günümə Allaha şükür deyir, hamıya dəstəyinizə görə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayılıqda dərin minnətdarlığımı bildirirəm. 

Əllərinizi sıxıb gözləyin deyirəm. Həyat nə qədər şirinsə, sizinlə görüşmək daha şirindi. Vətən sağ olsun! 

P.S. Allahutala bir daha "Günəşli" neft yatağında həytlarını itirən neftçilərimizə rəhmət eləsin". 

Ceyhun Ələkbərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR