Koalisiyaya qatılan ölkələrin ortaq açıqlamasında bildirilir ki, koalisiya yer üzündə fitnə və fəsad yaradan, insanları qorxudan və öldürən silahlı terrorçu qruplaşmalara qarşı yaradılıb.
Koalisyaya qoşulan ölkələr aşağıdakılardır:
"Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən".
Açıqlamada o da qeyd olunur ki, İndoneziya da daxil olmaqla daha 10 ölkənin koalisiyanı dəstəkləyir.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı mübarizə aparır. Koalisiyaya üzv ölkələrin Hərbi Hava Qüvvələrinin qırıcıları İŞİD terrorçularını bombardman edir.
Rusiya prezidenti Vladimir Putin də İŞİD terrorçu qruplaşmasına qarşı yeni koalisiya yaradılmasını təklif edib.