Milli Məclis Kris Smitə qarşı: "Əlbir işləməliyik"

Milli Məclis Kris Smitə qarşı: "Əlbir işləməliyik"
13:42 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında sərt tənqid olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputat Sahib Alıyev bildirib ki, Azərbaycanla ABŞ arasında hərtərəfli əməkdaşlıq var: "Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, regionda və hətta regiondan kənarda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amma təəssüf ki, bəzi qüvvələrin təsiri altında olan ABŞ rəsmiləri bu əməkdaşlığa xələl gətirməyə çalışırlar. Bu cür hərəkətlər ilk növbədə ABŞ-ın özünün maraqlarına ziddir".

S.Əliyev bildirib ki, Kris Smit ermənilərin təsiri altında olan bir adamdır.

Deputat Fəzail Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırın aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib".

F.Ağamalı vurğulayıb ki, Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: "Kris Smit belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyir. Ayın 16-da Kristofer Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu bir qrup adamın mövqeyidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR