Elton Elarizi ələ saldı - QARŞIDURMA - FOTO

Elton Elarizi ələ saldı - QARŞIDURMA - FOTO
15:32 18 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev həmkarı Elarizi məsxərə obyektinə çevirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Hüseynəliyev xalq artisti Habil Əliyevin şəklini paylaşaraq "Allah Habil müəllimə rəhmət eləsin. Deyirdi ki, Elariz toya havayı getsə də, yenə bahadı" sözlərini əlavə edib.
 
Müğənninin bu paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Eltonun bəzi izləyiciləri bunu zarafatyana qarşılasa da, digərləri od püskürüb:
 
"Guya sən Elarizdən yaxşı oxuyursan? Sən özün nə gündəsən ki?"
 
Publika.az məsələ ilə bağlı Elariz Məmmədoğlu ilə əlaqə saxlayıb. O, hadisədən xəbərsiz olduğunu və məsələni aydınlaşdıracağını bildirib:
 
"Allah Habil Əliyevə rəhmət eləsin. Amma mən onunla heç vaxt ünsiyyətdə olmamışam. Eltonun bu hərəkətini anlamıram. İndi maraqlanıb, məsələni dəqiqləşdirərəm. Mən ona sözümü zəng edib deyəcəm".
 
Hazırda Elton paylaşımı İnstaqram-dan silib.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR