Şou əhlinin Yeni il planları: İşıqforda bayram keçirə bilən müğənnimiz

Şou əhlinin Yeni il planları: İşıqforda bayram keçirə bilən müğənnimiz
10:12 20 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündən sonra Azərbaycan sakinləri Yeni il bayramını qeyd edəcək. Ölkənin bütün TV kanallarında məşhur müğənnilərin iştirakı ilə şənliklər, konsertlər və digər əyləncəli verilişlər, müsabiqələr keçiriləcək. 

Hamıya tanış olan "Yeni ili necə keçirtsən o cür də ili başa vuracaqsan" deyimi var. 

Milli.Az xəbər verir ki, anspress incəsənət xadimlərin bayramı harada və necə keçirəcəyi barədə maraqlı araşdırma aparıb. Onılar Yeni illə bağlı planlarını açıqlayıblar.

Xalq artisti İlhamə Quliyeva bayram günü ailəsi birgə olacağını dedi:

"Ailəmin arasında olacam. Adatən bayramı yaxınlarım ilə birlikdə keçirirəm. Hələ bilmirəm dəqiq hara gedəcəm. Ola bilsin Bakıdan kənara çıxım bağa gedim". 



Xalq artisti Yalçın Rzazadə 31 dekabr ad günü olmasına baxmayaraq, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir. O, səs-küyü sevmədiyini deyib: 

"Mən həmişə evdə otururam. Ümümiyyətlə, mən səs-küyü sevməyən adamam. Sakitliyi sevirəm mən, çoxluğu sevmirəm, öz dünyamda, öz aləmimdə oluram. O da ağır nəticə verir. Tək olur adam, həyat problemləri adamı sıxır. Enişli yoxuşlu həyatdır bu. Həyat monotonnu olsa, maraqsız olar". 

Xalq artisti, gülüş ustası Arif Quliyev yeni ili ancaq evdə keçirəcəyini deyib. Aktyor yeni il şənliklərə dəvət olunduğunu bildirib, lakin bəzilərinin ssenarisini xoşuna gəlsə, gedəcəyini deyib. 

"Mən ancaq evdə keçirirəm. 1 - 2 kanal şənliyə dəvət edib, lakin ssenarisi xoşuma gəlməsə, getməyəcəm. Yeni filmə çəkildiyim üçün vaxtım çox yoxdu", - Arif Quliyev əlavə edərək gənclərə məsləhət görüb ki, bayramı elə keçirsinlər ki, onlar həzz alsınlar.



Tanınmış gənc müğənni və bəstəkar Murad Arif Yeni İli İsveçin paytaxtı Stokholmda keçirəcəyini deyib. 

"Mən artıq 2 ay əvvəl viza üçün sənədlərimi yığmışam. Onun üçün heç bir restoranla danışmamışam. Ailəm ilə bərabər İsveçin Stokholm şəhərində keçirəcəm. Ola bilsin, oradan başqa ölkəyə də getdim. Əsl qış tətili keçirmək istəyirəm. 2 həftə istirahət edəcəm sonra işimə dönəcəm". 



Hal hazırda Gürcüstanda olan gürcü əsilli müğənni Manana Yeni ili Bakıda keçirəcəyini və səhnədə olacağını deyib. 

"Yeni il gecəsini səhnədə keçirmək artıq məndə həmişə adət olub. Əvvəl ailəm ilə keçirəcəm, lakin gecə saat 12-də artıq səhnədə olacam. Mən hər il səhnədə qeyd edirəm ki, Yeni il də səhnədə olum". 



Xalq artisti Baloğlan Əşrəfov birmənalı olaraq bildirib ki, Yeni il axşamı heç vaxt tədbirlərə qatılmır. O, həmişə evdə keçirəcəyini deyib. Qeyd edib ki, 31 dekabr oğlunun ad günüdür. 

"Məni tanıyanlar bilir ki, mən hər Yeni ili evimdə qarşılayıram. Oğlumun ad günüdür 31 dekabr. Onun üçün də elə evdə oluram".

Müğənni Əlikram Bayramlı Yeni ili Lerikdə keçirəcəyini deyib: "Lerikə gedəcəm. Oğlum təzəlikcə ailə həyatı qurub ora qonaq çağırıblar. Gedib orada 2-3 gün qalib Bakıya dönəcəm".

Müğənni  hansısa bir döngədə Yeni ili keçirdə biləcəyini deyib. 

"Demək olar ki, evdə keçirdəcəm. Bir-iki yerə dəvət ediblər, hələ dəqiq bilmirəm. Çox güman ki, hansısa səhnədə, ola bilsin yolda və yaxud hansısa bir döngədə, hətta hansısa işiqforun yanında belə Yeni ilimi keçirə bilərəm". 



Xalq artisti Nazpəri Dostəliyevanın köməkçisi bildirib ki, ifaçı bu il evdə ailəsi ilə bərabər Yeni ili keçirəcəyini deyib. 



Şou-biznes nümayəndələrinin cavablanından məlum oldu ki, onların böyük əksəriyyəti ailəyə bağlıdır. Onlar xarici ölkələrə gedib pul xərcləməkdənsə, öz vətənində qalıb Yeni ili doğmaları ilə keçirməyi üstün tuturlar. Belə ki, getsələr də, onlar ailəsi ilə birlikdə gedirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

26 Sentyabr 2017 10:42

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

26 Sentyabr 2017 10:42

Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə

26 Sentyabr 2017 10:39

Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

26 Sentyabr 2017 10:39

Abid Şərifov: "Hərbi sursatların təmizləmə əməliyyatı başlananadək 532 nəfər ölüb"

26 Sentyabr 2017 10:37

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26 Sentyabr 2017 10:35

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

26 Sentyabr 2017 10:35

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:33

İdmançımız ermənini udub “bürünc” qazandı

26 Sentyabr 2017 10:27

Qazaxıstanda brakonyerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb

26 Sentyabr 2017 10:27

Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu

26 Sentyabr 2017 10:27

Kərkükə 500 terrorçu gəlib

26 Sentyabr 2017 10:24

Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 10:23

"Beşiktaş"ın prezidenti Türkiyə Super Kuboku uğrunda oyunun Azərbaycanda keçirilməsini istəyir

26 Sentyabr 2017 10:22

Bakıda 10 yaşlı oğlan itkin düşüb

26 Sentyabr 2017 10:19

Məşhur müğənni sərvət dəyərində çəkmə aldı - FOTO

26 Sentyabr 2017 10:18

AZPROMO Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

26 Sentyabr 2017 10:12

İraqdın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb

26 Sentyabr 2017 10:12

Cəlilabad: 43 yaşlı kişi özünü güllələdi

26 Sentyabr 2017 10:12

Bakıda 10 yaşlı uşaq itkin düşüb

26 Sentyabr 2017 10:09

Çempionlar Liqası: II turun oyunlarına hakim təyinatları

26 Sentyabr 2017 10:07

Referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:06

Bütün şiş xəstəliklərini yox edən qida

26 Sentyabr 2017 10:05

Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:04

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO

26 Sentyabr 2017 10:03

Nəqliyyat Agentliyi "Qarabağ-Roma" oyununa hazırlıqları davam etdirir

26 Sentyabr 2017 09:59

Nadir Qafarzadə "Yoxsan" deyir...

26 Sentyabr 2017 09:59

Akademik Milli Dram Teatrının oktyabr üçün nəzərdə tutulan repertuarı açıqlanıb

26 Sentyabr 2017 09:57