Prezident İlham Əliyev Cavanşir Mirzəməmməd oğlu Zeynallıya prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya prezidentinin fərdi təqaüdü veriləcək.

Sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.