Mədəniyyətimizin xarici ölkələrdə tanınmasında Rəşid Behbudovun rolu böyükdür

Mədəniyyətimizin xarici ölkələrdə tanınmasında Rəşid Behbudovun rolu böyükdür
10:48 29 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Azərbaycan Dillər Universitetində (ADU) dünya şöhrətli Azərbaycan müğənnisi, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudovun həyat və yaradıcılığı, Azərbaycanın musiqi və kino sənətindəki fəaliyyəti haqqında məlumat verilib, həmçinin mədəniyyətimizin xarici ölkələrdə tanınması və populyarlaşmasındakı böyük rolundan bəhs edilib.
Tədbirdə tələbələr tərəfindən ssenari müəllifi Boris Laskin və Nikolay Rojkov olan, baş rolu Rəşid Behbudovun oynadığı “Bəxtiyar” filmindən səhnəciklər nümayiş olunub, eyni zamanda, görkəmli müğənninin repertuarından musiqilər səsləndirilib.
Xatirə gecəsində Xalq Artisti Ağadadaş Ağayev dünya şöhrətli müğənni Rəşid Behbudovun və öz repertuarından mahnılar ifa edib.
Sonda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov universitetin müəllim-tələbə heyətini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rəşid Behbudovun böyük şəxsiyyət olduğunu söyləyən Dünyamin Yunusov onun 100 illik anım gününün yüksək səviyyədə hazırlandığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyetimizin_xarici_olkelerde_taninmasinda_Resid_Behbudovun_rolu_boyukdur-915183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR