Abşeronda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Abşeronda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
12:08 29 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Abşeronda bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əlamətdar günlər münasibətilə abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Abşeron rayonunda da sürətlə aparılmasından danışıb.
İcra hakimiyyətinin başçısı Həmrəylik Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.
Bildirilib ki, dünya azərbaycanlılarını uca amalları uğrunda mübarizədə vahid yumruq kimi görmək istəyən Ümummilli Liderimiz soydaşlarımıza dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyə edib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi vurğulanıb.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.
Tədbir iştirakçılarına bayram süfrəsi açılıb.
Sonda Xırdalan şəhərində Heydər Əliyevin adını daşıyan parkda atəşfəşanlıq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Abseronda_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_ve_Yeni_il_bayrami_qeyd_olunub-915209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR