Nazpəri Dostəliyevanın evindən REPORTAJ - FOTO

Nazpəri Dostəliyevanın evindən REPORTAJ - FOTO
16:32 30 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni qarderobundan, ətir kolleksiyasından, sənətindən bəhs edib:

- Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ölkəmizdə  əmin-amanlıq, firavanlıq olsun. Övladlarımız xoşbəxt, valideynlərimiz uzun ömürlü olsunlar. Hər evdə valideynin olmağı o evin ruzisi, bərəkəti, isməti olmaq deməkdir. Buna görə də bütün yaşlı nəsilə də uzun ömür, sağlam can arzulayıram.

- Nazpəri Dostəliyeva 2016-cı ildən nə gözləyir?

- 2016-cı ildə, hər halda insan həyata necə baxırsa, məncə, elə də ömür yaşayır. Mən həyata çox gözəl baxıram. Həyatın bəzən enişli-yoxuşlu, mənfi-müsbət, hətta haqsızlığına rəğmən yenə həyata çox yaxşı baxıram, gələcəyə inanıram. Çünki biz elə bir respublikada yaşayırıq ki, gələcəyimiz, həyatımız yaxşı olmalıdır. 

- Yeni ili harada qeyd edəcəksiniz?

- Hər il bayramda öz övladlarım, bacı-qardaşlarım və onların ailəsi ilə mənim Novxanıdakı bağ evimə yığışırlar. Amma bu il mənim böyük oğlum ailəsi ilə Moskvadadır, onlardan ayrıyam.  Nəvəm Tamerlandan ayrıyam, çox kədərlənirəm. İndi yanımda balaca Kərimim (övladı Əkbərin oğlu - red.) olacaq.

- Gəlinlərinizlə necə yola gedirsiniz?
 
- Yola gedib-getməmək məsələsi mənə aid deyil. Bir gəlinim 7, digəri 3 ildir ki, evimdədir. Hərəsi öz evində öz xanımlığını həyata keçirirlər. Bütün analara arzu edirəm ki, gəlin seçimində peşman olmasınlar. Nəvələrim mənim həyatımdır. Bəzən oğlanlarım qısqanırlar ki, "ana, sən bizi bəlkə də heç bu qədər sevməmisən".  Balaca Kərimim və Tamerlanımla nəfəs alıram. Onlar həyatımın bu gün ən önəmli hissəsidir, mənim təsəlli yerimdir, üzümü güldürənimdir. 

- Övladlarınızdan heç biri sizin sənətinizi davam etdirmədi.

- Əkbərin çox gözəl səsi var. O oxuyanda mən ancaq gözlərimin hakimi ola bilmirəm. Mütləq göz yaşı axıdıram, bilmirəm nədəndirsə kövrəlirəm. Amma Əkbər tamamilə başqa bir sahəni seçdi. Mən ondan xahiş etdim İncəsənət Universitetinə daxil ol, amma gördüm onun istəyi tamamilə başqadır.  O, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil aldı. Daha sonra  Moskvada təhsilini davam etdirdi. Allahın bu gününə də min şükür, çalışır. Əli isə hüquq fakültəsini bitirib, Frankfurtda akademiya oxuyub. Hərəsi ayrı-ayrı bir sahəni seçdi. Nəvələrim hələ balacadır. Tamerlanın musiqi zövqü çox gözəldir. Elə ki, lirik, həzin mahnılar oxuyuram, uşaqlığına baxmayaraq görürəm ki, kövrəlir, balaca dodaqlarını büzüb ağlayır. Amma şən mahnılarda oxuyanda hamıdan şən o olur. Nəvələrim mənə "mama" deyir. 

- Bir neçə gün əvvəl ad gününüz oldu. Ən böyük hədiyyəni kimdən aldınız?

- Tamerlan Moskavaya gedəndən sonra ad günümü xüsusi qeyd etmək istəmədim. Öz ailəmizlə oturub, yemişik. Bütün sevənlərimdən də təbrik aldım.

- Nazpəri Dostəliyeva gözəlliyinə necə qulluq edir?

- Həyata, insanlara, gələcəyə ürəklə baxıram. Daxilimdə bacardığım qədər paxıllıq hissləri uzaq edirəm. Xoşbəxtəm ki, heç vaxt kiminsə uğuruna paxıllıq etməmişəm. Daxilimin yaxşı xüsusiyyətidir ki, xaricimə büruzə verir. İnsanların kədəriylə kədərlənir, sevgisiylə sevinirəm. Heç vaxt özüm üçün yaşamadım. 

- Bu yaxınlarda telekanalların sizə qoyduğu qadağa ilə bağlı açıqlama verdiniz. Həmin məsələdən sonra təkliflər gəldi?

- Heç bir qapını döymədim, döyməyəcəm də. Qürurumu, mənliyimi mənafeyə, şöhrətimə dəyişmərəm. Nə olubsa, qüruruma, şərəfimə toxunmayıb. Onu qorumağa çalışmışam. Nə olursa-olsun, heç bir kanalın qapısını döyməmişəm. İnsanların sualları günü-gündən çoxalırdı. Bilmirdim insanlara nə cavab verim. Mətbuat konfransı edib hamıya səbəbi çatdırdım. Mən xalqa, millətə aidəm. O sevginin qarşısında qadağa ola bilməz. Gülməli vəziyyət alındı. Bütün kanallar cavab verdi ki, "Yox, biz Nazpəri xanıma qadağa qoymamışıq". Amma yalandır. Yenə də qadağa var. Rəsmi qadağa yoxdur, kanallar hansısa məmurun sözü ilə bu addımı edib. Gülünc vəziyyətə qalan telekanallardır. Sənətimi davam etdirirəm, klipimi də çəkdirirəm, mahnımı da oxuyuram. Bu gün internet saytları telekanallardan daha aktiv, daha oxunaqlıdır. Bir sənətkarı heç kim boğa bilməz. Pedaqoji fəaliyyətim də davam edir. Daha çox tələbə yetişdirirəm.

- Bilirik ki, səyahəti çox sevirsiniz. Ən çox hansı ölkəni bəyənirsiniz?

- Almaniyada, İtaliyada olmuşam. Əvvəl qastrol səfərinə getmişdim. Belə olanda şəhərləri gəzə bilmirəm, bütün fikrim konsertə yönəlir. Amma gəzməyə ailəmlə birlikdə gedirəm. İtaliyada 13-cü əsrə aid bir qala gördüm. Heyran qalmışdım. Hamı məni ciddi Nazpəri kimi görür. Amma səyahətdə nəvələrimlə uşaqlaşıram. Ayağımda idman ayaqqabıları onlarla oynayıram: karuselə minirəm, divara dırmaşıram, cizgi-filmlərinə baxıram. Allahımın mənə verdiyi bu günə şükür edirəm. Xoşbəxtəm.

- Sosial şəbəkələrdə də aktivsiniz...

- Sevənlərimlə ünsiyyətdə oluram. Lazım olanda onlara özüm cavab yazıram. Hətta "WhatsApp"-da mənə yazan sevənlərimə cavab verir, səs yazımı göndərirəm. İnstaqramda fotolarımı özüm yerləşdirirəm. Bir ara inandığım insanlara inandım.

- Nazpəri Dostəliyeva hər zaman geyim tərzi ilə də fərqlənib. Libaslarınızı necə seçirsiniz?

- Mənim çox zəngin qarderobum var. İlk dəfə 1996-cı ildə solo-konsert vermişəm. Orada Almaniyadan gətizdirdiyim 5 libası geyindim. Mən səhnəyə girəndə tamaşaçılardan bu səsi eşitdim: "aaa". O təəccüblə səs hələ də qulağımdadır. Hər konsertimdə xüsusi libaslar hazırladırdım. Allah yetirirdi, mən də edirdim. İndi də Allah yetirir, mən də libaslarımı alıram. Mümkün deyil ki, mən ucuz bir yerə müraciət edim. Hər zaman canlı oxumuşam. İndikilər kimi diski cibimə atıb, səhnəyə çıxmamışam. İndi efirdə oxuyan çoxlarını görəndə utanıram. Toyxana mahnıları oxuyuram. Sənətkarlar susduqca, sənəti olmayanlar meydan sulayır. Bu Azərbaycan sənətinin ziyanına işləyir. Gənclərimizin arasında yaxşı sənəti olan, tərbiyəlilər var. Samir Piriyevi, Elton Hüseynəliyevi, Elnur Məmmədovu çox bəyənirəm. Həm oxumağı, həm davranışı gözəldir.

- Eşitmişik ki, ətir kolleksiyası yığırsınız...

- Heç sənətə gəlməzdən əvvəl ətirlərə marağım olub. Xüsusi şüşəli rəf düzəltdirmişəm. Bütün evlərimdə o rəfdən olub. Kolleksiyamda olan ətirlərdən istifadə etmirəm. Oradakılardan da bahalı ətirlər vururam. Şirin qoxulardan uzağam. Klassik ətirləri sevirəm. Kolleksiyamda da belə ətirlər var. Heç vaxt onları saymıram. Burada 1982-ci, 1993-cü illərin ətirləri də var. Hansı ölkəyə getmişəmsə, mütləq ətir almışam. Ac-susuz qalmışam, amma ətirsiz qayıtmamışam. 

- İllərdir sizi eyni imicdə görürük. Nə vaxtsa imicinizi dəyişməyi düşünürsünüz?

- Mənim elə saçlarım var idi ki, yuyurdum, fensiz toya gedirdim. Saçlarım kürəyimə düşəndə elə bilirdim, ədyala bürünmüşəm. Elə toy olmurdu ki, orada iki-üç geyim dəyişməyim. Saçlarımın qalınlığından isti olurdu. Saçlarımın formasını dəfələrlə dəyişmişəm. Heç vaxt xalqıma üz qarası olacaq libas geyinməmişəm. Fransanın ən məşhur stilistindən geyim alsam belə, ora ismətimi əlavə etmişəm. Cırıq şalvarda, uzun razrezdə səhnəyə çıxsam, məndən örnək götürəcək. Mən bunun məsuliyyətini qoruyub saxlamışam.

- Açıqlamanızda Türkiyədə yaradıcılıq işləri ilə bağlı yeniliklər edəcəyinizi demişdiniz...

- Hansı ölkənin müğənnisi bizdə var? Bircə Manana gəlib, ona da hərə bir söz deyib. Heç bir ölkədə də bizim müğənninin öpüb başlarının üstünə qoymayacaqlar. Böyük-böyük danışmıram. Öz vətənimdə qalıram. Uzağı başqa ölkədə bir serialda iştirak edib, bir klip çəkdirərsən. Başqa yerdə çıxış edib, özünü vətənindəki sənətkardan uca göstərmək yaxşı iş deyil. Belə söhbətlərdə diqqətli olmuşam. Mənim etdiklərimi başqası etsəydi, özünə oturmağa yer tapmazdı. Haqsızlıqlara rast gəlsəm də, xalqıma canım qurban. Məni ucaldan, şərəfləndirən dövlətim və xalqım olub. İşlərim çoxdur, amma hamısını qəbul etməyəcəm. Kommersiya olanı da, olmayanı da var. Ayağımı yorğanıma görə uzadıram. Hansı sərf edərsə, qəbul edəcəyəm.

Milli.Az


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neymar PSJ-nin heyətindən kənarlaşdırıldı - ŞOK QƏRAR

22 Sentyabr 2017 17:57

"Il Romanista": "Müharibə içində futbol - Bu da Qarabağ"

22 Sentyabr 2017 17:57

Türkiyə gözəlinin tacı bu sözlərinə görə əlindən alındı - FOTO

22 Sentyabr 2017 17:54

Üzeyir Hacıbəyli ilə bağlı reklam BİABIRÇILIĞINA SON VERİLDİ - VİDEO

22 Sentyabr 2017 17:53

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

22 Sentyabr 2017 17:52

“Roma” klubunun qəzetində “Müharibə içində futbol Bu da Qarabağ” sərlövhəli yazı dərc olunub

22 Sentyabr 2017 17:52

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

22 Sentyabr 2017 17:49

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

22 Sentyabr 2017 17:48

"Real"da 70 milyon avroluq müqavilə

22 Sentyabr 2017 17:47

Anasını hədəf yerinə qoydu, oxu atdı və...

22 Sentyabr 2017 17:44

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

22 Sentyabr 2017 17:42

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kq xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37