Lənkəranlılar və cəlilabadlılar Yeni ilin gəlişini bayram sevinci ilə qeyd ediblər

Lənkəranlılar və cəlilabadlılar Yeni ilin gəlişini bayram sevinci ilə qeyd ediblər
12:08 31 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran-Cəlilabad, 31 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonundakı “Şah sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinlərini qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunub və xalqımız bu günü milli birlik günü kimi qeyd edir.
Qeyd edilib ki, Ulu Öndərin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılıb, bu hərəkatın təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilir. Bu məqsədlə dünya azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilib, həmvətənlərimizlə bağlı təşkilatların bir amal uğrunda birləşməsi, Vətən naminə çalışmaları istiqamətində əməli işlər görülüb.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin rayona növbəti səfəri olub. Rayon sakinləri hələ də bu səfərin xoş, ürəkaçan təəssüratlarını yaşayırlar.
Azərbaycan Prezidentinin əsaslı təmir olunmuş Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman-Nərimanabad-Balıqçılar magistral avtomobil yolunun, 120 yerlik Körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etməsi, insanlarla mehriban, səmimi görüşləri Lənkəranın tarixinə, mədəniyyətinə, burada yaşayan vətənpərvər insanlara dərin hörmət və ehtiramının parlaq nümayişi oldu.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna fəxri-fərman və hədiyyələr verilib.
Respublikanın tanınmış müğənniləri - Elşad və Rəvan Qarayevlər, Elariz Məmmədoğlu, Yusif Mustafayev, Əlikram Bayramov, “Qismət” qrupu, eləcə də Lənkəranın “Nənələr” folklor kollektivi, Cavad Rəcəbov və başqalarının ifa etdikləri şux nəğmələr bayram şənliyinə xüsusi təravət gətirib.
Bayraqm süfrəsi arxasında davam edən tədbir hamıya xoş ovqat bəxş edib.
X X X
Cəlilabaddakı “Tut bağı” istirahət mərkəzində də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayonun incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.
Şaxta baba və Qar qızının çıxışları tədbirə xüsusi şuxluq gətirib.
Tədbir konsert proqramı ilə davam edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranlilar_ve_celilabadlilar_Yeni_ilin_gelisini_bayram_sevinci_ile_qeyd_edibler-915707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR