"2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə..."

"2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə..."
17:17 1 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi oldu. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, 2015-ci ildə dünyada ciddi proseslər baş verdi, maliyyə və iqtisadi sahədəki çətinliklər böhran səviyyəsinə qalxdı, beynəlxalq güclər Yaxın Şərq, xüsusilə Suriyada hərbi qarşıdurmalar yaratdı.

"Azərbaycan özünün yaratdığı modelə uyğun olaraq, bir daha öz iqtisadi dayanıqlığını, siyasi hakimiyyətin dayanıqlığını, sosial problemlərin həllində qarşıya qoyulmuş məqsədlərə çatmaq uğrunda mühüm addımlar atdığını təsdiq etdi. 2015-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi oldu. Bu, möhtəşəm yarış Azərbaycanı dünya miqyasında güclü bir dövlət kimi nümayiş etdirdi".

F.Ağamalı bildirib ki, ümumilikdə Azərbaycan 2015-ci ili uğurla başa vurub. O, 2016-cı ilin də Azərbaycan üçün uğurlu olacağına əminliyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR