Bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcək

Bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcək
11:48 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, əsərlərindən nümunələr səslənəcək.
Qeyd edək ki, Mobil Babayev Gəncə şəhərində dünyaya göz açıb. O, Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Bəstəkarın ilk mahnılarından biri, sözləri Zeynal Vəfaya məxsus "Vəfalı dost" olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. O, bir sıra simfonik orkestr üçün yazılmış əsərlərin, lirik mahnıları müəllifidir. Bəstəkar, həmçinin, 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmlər üçün də musiqilər yazıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bestekar_Mobil_Babayevin_70_illiyine_hesr_olunmus_muellif_konserti_kechirilecek-916605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR