Bakı Ali Neft Məktəbinin tələbəsi: "Həyəcanlı deyildim, çünki ..."

Bakı Ali Neft Məktəbinin tələbəsi: "Həyəcanlı deyildim, çünki ..."
11:52 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Bakı Ali Neft Məktəbinin tələbəsi, prezident təqaüdçüsü Hüseyn Nəcəfov 7 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində anadan olub. O, orta təhsilinə 2004-cü ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbdə başlayıb və bu məktəbi qızıl medal ilə bitirib. 2015-2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub, prezident təqaüdçüsüdür.

Hüseyn Nəcəfovun orta məktəbdən qızıl medalla başlayan uğurunun onu ali təhsil müəssisəsinədək müşayiət etməsi və "Prezident təqaüdçüsü" kimi şərəfli ada layiq görülməsi hazırda təhsil aldığı Bakı Ali Neft Məktəbində qazanacağı uğurlarının davamlı olacağına zəmin yaradır. Hüseynlə söhbətə qəbul imtahanı, imtahanın gedişi, uğura çatmaq və tələbəliyin ilk mərhələsi haqqında fikirlərlə başladıq. İlk sualımız qəbul imtahanı haqqında oldu.

- Hüseyn, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı mənim üçün gözlədiyimdən də yaxşı keçdi. Həyəcanlı deyildim, çünki son iki ay ərzində əvvəlki illərdə istifadə olunmuş TQDK-nın təşkil etdiyi qəbul və sınaq imtahanlarının sualları ilə məşğul olmuşdum və imtahana necə tip sualların düşəcəyini təxmin edə bilirdim. İmtahandan sonra müəllimlərim sual kitabçasını yoxladılar. "İngilis dili" fənninə qədər hər şey əla idi. Lakin məhz bu fəndən bir səhvim olmuşdu, bu səhv isə səhv etməmək üçün ən sona saxladığım sual idi. Buna baxmayaraq, sonda nəticəm məni çox xoşbəxt etdi.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Oxuduğum hazırlıq kursunun və TQDK-nın təşkil etdiyi sınaqlarda əldə etdiyim ən yüksək nəticə 695 bal olub. Buna görə də qəbul imtahanında topladığım bal mənim üçün gözlənilməz olmadı.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Məncə, abituriyent hansı mövzuda çətinliyinin olduğunu bilməlidir. Bu çətinlikləri aşkara çıxarmaq və aradan qaldırmaq üçün isə çoxlu test etməlidir, gələcəkdə işləmək istədiyi ixtisası hədəf seçib bu hədəfə nail olmaq üçün böyük həvəslə çalışmalıdır.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Texnologiyaya həddindən artıq marağımın olması və yüksək səviyyədə təhsil alıb savadlı kadr kimi yetişmək arzusu mənim BANM-i seçməyim üçün kifayət idi. Buna görə də bu ali təhsil ocağı yaranandan bəri hədəfim bu Ali Məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olmaq olub.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?

- Abituriyentlərə demək istərdim ki, hansı ixtisası seçməyinizdən asılı olmayaraq, çalışın, dünyagörüşünüzü, kompüter və ingilis dili biliklərinizi artırasınız. BANM-də təhsil almağı arzulayan abituriyentlər bəzi müvəqqəti çətinliklərə hazır olmalıdırlar və unutmamalıdırlar ki, çəkdikləri əziyyətin qarşılığını hər zaman alacaqlar. Ona görə də fəal olmalı, burada tədris olunan yüksək səviyyədə kompüter, ingilis dili və ixtisas biliklərinə dərindən yiyələnməlidirlər.

- Özünü gələcəkdə harada görürsən?

- Özümü gələcəyin ixtisaslaşmış mühəndisi və bəzi icadların yaradıcısı kimi görürəm.

- Hansı məşğuliyyətlərin var? Humanitar fənlərlə və ədəbiyyatla maraqlanırsan?

- Boş vaxtlarımda texnologiya ilə bağlı onlayn olaraq araşdırmalar edirəm, dostlarımla virtual olaraq futbol oynayıram. Humanitar fənlərdən "Coğrafiya"ya çox marağım var, bədii əsər oxumağı da sevirəm. Daha çox detektiv janrda olan bədii kitablar oxuyuram.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09