“The Corrs” musiqi qrupu uzun fasilədən sonra yeni albomla musiqisevərlərin görüşünə gəlib

15:08 7 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
İrlandiyalı Korr ailəsinin qurduğu məşhur “The Corrs” musiqi qrupu uzun fasilədən sonra “Ağ işıq” (“White Light”) albomu ilə musiqisevərlərin görüşünə gəlib.
AZƏRTAC EVRONEWS saytına istinadən bildirir ki, son albomu 2005-ci ildə işıq üzü görən qrup 40 milyondan çox satış rekordu qıraraq üzunmüddətli fasiləyə qərar verib. 10 ildən sonra buraxılan yeni albomdakı mahnıların hər biri həyata dair mövzuları əhatə edir.
“The Corrs” qrupu yanvarda Dublində və Belfastda böyük solo konsertlər verməyi planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR